Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 6483 nəfər cəlb edilib.
Newscenter-az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.
Həmin şəxslərdən 6329-u kişi, 154-ü qadındır.
Bildirilib ki, cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 64 nəfəri xarici ölkə vətəndaşlarıdır.
Mehman Mehdiyev