"Ermənilərin ağlayan günüdür. Hər kəsin bir dövranı olur, amma zaman bu dövranı hərləyib altını üstünə gətirirsə, deməli, Allahın da bir hesabı var. Məhkəmədə ağlayan Vaqif adlı başkəsən erməni toplumunun üzüdür. Erməni toplumu son otuz beş ilini, ümumilikdə isə 200 ilini bada verdi. Toplum olaraq Vaqif adlı erməni kimi ağlar günə qaldılar".
Newscenter-az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov Vaqif Xaçaturyanın məhkəmədə ifadə verərkən ağlamasına münasibət bildirərkən səsləndirib. O deyib ki, erməni toplumunun bundan sonra ağlamaq əsas işi olacaq:
"İtirdikləri qarşısında heç nə əldə edə bilməyən toplum ağlamağa məhkumdur.
Vaqif düz edir ağlayır. O, erməni toplumuna mesaj verir. Demək istəyir ki, biz yaşlı-cavan nəsil ömrümüzün hamısını heç nə uğuruna boşa verdik. Biz ağlamayaq, bəs kim ağlasın?!".
Anar Əliyev