"Leykozlu Uşaqlara Dəstək" ictimai birliyi Biləsuvar rayonunda “Qan xəstəlikləri barədə maarifləndirmə və qan donorluğunun təbliği” adlı layihə çərçivəsində maarifləndirmə tədbiri keçirib.
Newscenter-az xəbər verir ki, tədbir Biləsuvar rayonu 4 saylı tam orta məktəbdə baş tutub.
Tədbirdə "Leykozlu Uşaqlara Dəstək" İB-nin sədr müavini Nəbili Emin, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin uşaq şöbəsinin həkimi Nailə Babayeva və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayon Təhsil sektorunun metodisti İmanov Nurlan iştirak edirdi. Tədbiri giriş sözü ilə açan Nurlan İmanov mövzunun aktuallığı barədə tədbir iştirakçılarına məlumat verdi.
Daha sonra çıxış edən "Leykozlu Uşaqlara Dəstək" ictimai birliyinin sədr müavini Emin Nəbili layihənin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirildiyini və qan xəstəliklərinin yayılmasının qarşısının alınması üçün dövlətin gördüyü işlərə ictimai dəstək məqsədi daşıdığını qeyd etdi.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkimi Nailə Babayeva qan xəstəliklərinin yayılma səbəbləri, müalicə və müayinəsi barədə iştirakçılara məlumat verdi. Nailə Babayeva tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb qan donorluğunun əhəmiyyəti barədə söhbət apardı.
Qeyd edək ki, tədbirdə rayon məktəblərinin 43 nəfər müəllim və şagirdləri iştirak edirdi.
Sona