Rusiya ciddi şəkildə Qarabağda hansısa formada qalmağa çalışır. Baxmayaraq ki, onun sülhməramlı kontingentininin fəaliyyəti artıq sona çatıb və onların Qarabağda görəcəyi bir iş qalmayıb, ancaq Moskva sülhməramlı qüvvələrini ərazisindən çıxarmağa meyilli görünmür. Elə politoloq Azər Qasımov da bu qənaətdədir.
Newscenter-az-ın xəbərinə görə, politoloq bildirib ki, Rusiyanın 44 günlük müharibənin sonunda hansı oyunlarla özünü zorla Qarabağa soxduğu hamıya bəllidir:
"Qarabağdan qaçmış ermənilərin müharibədən sonra yenidən əraziyə geri daşıyan da Rusiya idi. Amma indi onun əlindən bu oyun alınıb. Onların geri qayıtması ilk növbədə Azərbaycanın, sonra isə Avropa və Qərbin istəyinə bağlıdır. Bir sözlə, Rusiya Qarabağda oyundan kənar vəziyyətə düşüb".
Politoloq hesab edir ki, Rusiya üçün ən yaxşı həll yolu üzü suluikən Azərbaycan torpaqlarından çıxıb getməkdir:
"Bu, Rusiyaya da hörmət gətirər".
Anar Əliyev
.