"Rusiya əgər görüntüdə də olsa konstruktiv mövqe nümayiş etdiribsə, bundan sonra da bu oyununu davam etdirməyə məcburdur. Təbii olaraq hamı yaxşı bilir ki, Rusiya öz istəyi ilə Azərbaycanın öz suverenliyini tam bərpa etməsinə imkan verməzdi. Əgər düşdüyü acınacaqlı durum olmasa idi".
Newscenter-az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, söhbət Ukrayna müharibəsindən gedir:
"İndi bu zamandan sonra müxtəlif səbəblərlə Azərbaycanda qalmağa can atmaq onun bütün "konstruktiv"
imicini sıfıra endirər, təbii ki, Azərbaycan və Türkiyə qarşısında. Ona görə də hesab edirəm ki, tezliklə Rusiya sülhməramlı kontingenti Azərbaycan ərazisini tərk edəcək".
.
Anar Əliyev