Azərbaycanda zəlzələ olub.
Newscenter-az xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 06:01-də Lənkəran stansiyasından 23 km qərbdə, Lerik rayonunda 3,6 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 19 kilometr dərinlikdə yerləşib.
Təbii hadisə hiss olunmayıb.
Qeyd edək ki, oktyabrın 12-də Lənkəranda da yerli vaxtla 19:54-də 3,2 maqnitudada, dərinliyi 9 km olan zəlzələ qeydə alınıb.
Anar Tağıyev