Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi sözün əsl mənasında, tam şəkildə bərpa edildi-MÜBARİZ MƏNSİMOV

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi sözün əsl mənasında, tam şəkildə bərpa edildi-MÜBARİZ MƏNSİMOV


“30 il həsrətlə yolunu gözlədiyimiz o gün bu Günmüş! Ali Baş Komandan İlham Əliyev qəhrəman Azərbaycan övladlarının qanı və canı hesabına işğaldan azad edilən ərazilərimizdə - Xankəndi, Xocalı, Ağdərə və Əsgəranda üçrəngli şanlı bayrağımızı uçaltdı. Möhtəşəm və misli bərabəri olmayan gündür! Böyük Qələbədir!”.

Newscenter.az xəbər verir ki, bu fikirləri “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov dövlət başçısının Xankədidə Azərbaycan bayrağını ucaltması ilə bağlı danışarkən səsləndirib. Mübariz Mənsimov daha sonra bunları qeyd edib:

“Millətimizin gözü aydın olsun! Bu gün Azərbaycanın ərazi bütövlüyü və suverenliyi sözün əsl mənasında, tam şəkildə bərpa edildi. Prezident, Ali Baş Komandan İlham Əliyev başda olmaqla, Ordumuza, igid əsgərlərimizə eşq olsun! Torpaqlarımızın azadlığı uğrunda Şəhidlik zirvəsinə yüksələn oğullarımıza Allahdan rəhmət, Qazilərimizə çan sağlığı diləyirəm. Əminəm ki, Şəhidlərimizun ruhu şaddır. Sizin qanınız yerdə qalmadı, igid oğullar! Rahat uyuyun bu torpaqlarda. Bu günün, bu zəfərin mübarək olsun, doğma Azərbaycan, doğma Xalq!”.

Anar Əliyev
Xəbəri paylaş