İsrail-HƏMAS qarşıdurması fonunda Birləşmiş Ştatlar 2 min hərbiçisini hazırlıq vəziyyətinə gətirib.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, bu barədə əmri Birləşmiş Ştatların müdafiə naziri Lloyd Ostini verib. ABŞ Müdafiə Nazirliyindən verilən açıqlamada hərbiçilərin Yaxın Şərqdə baş verən proseslər fonunda hazır vəziyyıətə gətirildiyi vurğulanıb.
Qeyd edək ki, İsrail-HƏMAS qarşıdurmasında sonra Birləşmiş Ştatlar Şərqi Aralıq dənizinə təyyarədaşıyan gəmi göndərib.
Mehman Mehdiyev