Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu tarixi gün həm yaddaşlarda yaşayacaq, həm də tarixdə

Bu tarixi gün həm yaddaşlarda yaşayacaq, həm də tarixdə


İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı, ərazilərimiz işğaldan azad edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu qələbələri xalqa böyük qürurla çatdırırdı, xalq bu qələbələri böyük qürurla yaşayırdı.

Rayonların işğal tarixini illərlə yaşatdıq, tarixi Zəfər yeni tarixlər yaratdı - rayonlarin işğaldan azad olunması günləri. Bu günlər Azərbaycan Ordusunun qüdrətini tarixləşdirən günlər oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə işğaldan azad edilən digır şəhərlərlə yanaşı Füzuli şəhərinin də işğaldan azad olunduğu gün “Füzuli Şəhəri Günü” kimi qeyd ediləcək...
Füzuli 1993-cü avqustun 23-də işğal olunmuşdu. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin sərkərdəliyi ilə 1994-cü ilin yanvarında Horadiz əməliyyatı ilə rayonun 20-dən çox kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi...

Sülh danışıqlarından yayınan Ermənistan yeni ərazilər işğal etmək niyyəti ilə müxtəlif miqyaslı təxribatlar törədirdi. 2020-ci il sentyabrın 27-də belə bir təxribat törətmək istədi. Azərbaycan Ordusunun hissələri hücumun qarşısını aldı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi. Bu,  İkinci Qarabağ müharibəsinin,  mahiyyət baxımından Vətən müharibəsinin başlanğıcı oldu...

Ordumuz düşmənin müdafiə sədlərini dağıtdı, ilkin mövqe qələbələri qazandı...
Qazanılan hər qələbə ordumuzun şəxsi heyətini Böyük qələbəyə aparırdı. Hər döyüşçü müharibənin son döyüşünün iştirakçısı kimi qaliblər sırasında olmaq istəyirdi, qəhrəman olmaq üçün deyil, qəhrəmanlıqla döyüşürdü...

Füzuli oktyabrın 17-də işğaldan azad edildi. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə oktyabrın 17-si “Füzuli Günü” kimi qeyd olunacaq.

Bu tarixi gün həm yaddaşlarda yaşayacaq, həm də tarixdə. Biz belə günləri ərazi bütövlüyü tam bərpa olunmuş Azərbaycanımızın tarixi kimi yaşadırıq...
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

 
Xəbəri paylaş