Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İngiltərədə 2 min səhiyyə işçisi nazirliyin İsrailə dəstək bəyanatına qarşı imza toplayıb

İngiltərədə 2 min səhiyyə işçisi nazirliyin İsrailə dəstək bəyanatına qarşı imza toplayıb


İngiltərənin Səhiyyə Nazirliyinin İsrailə dəstək nümayiş etdirməsi ölkənin səhiyyə ictimaiyyəti tərəfindən etirazla qarşılanıb. Belə ki, 2 min səhiyyə işçisi nazirliyin İsrailə dəstək bəyanatına qarşı imza toplayıb.

Newscenter.az-ın "Haber Global"-a istinadən verdiyi məlumata görə, səhiyyə işçilərinin imzaladığı etiraz sənədində qeyd edilir ki, nazirlikdə İsrail bayrağının qaldırılması ilə bağlı qərar beynəlxalq hüququn pozulmasına xidmət edir. Bu, eyni zamanda Qəzzada fələstinlilərin yaşadıqları sağlamlıq böhranlarına məhəl qoyulmadığını göstərir.

Səhiyyə işçiləri Nazirliyin İsrailə dəstək bəyanatını geri götürməsini tələb ediblər.

Mehman Mehdiyev
Xəbəri paylaş