Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müstəqillik Azərbaycan xalqının ən böyük milli sərvətidir

Müstəqillik Azərbaycan xalqının ən böyük milli sərvətidir


Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasından 32 il keçir. Tarixində ikinci dəfə öz müstəqilliyini qazanan Azərbaycan bu gün siyasi-iqtisadi inkişafı, mühüm regional faktor olması ilə seçilir.

Newscenter.az-ın xəbərinə görə, həmin hadisələrin birbaşa iştirakçısı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Ulusoy deyib ki, Azərbaycan xalqının Sovet imperiyasına qarşı əzmkar mübarizəsinin məntiqi nəticəsi olaraq 18 oktyabr 1991-ci ildə Dövlət Müstəqilliyimiz bərpa olundu. Onun sözlərinə görə, müstəqillik Azərbaycan xalqının ən böyük milli sərvətidir:

"Bu Böyük Günün əhəmiyyətini yeni nəsillərə daim aşılamaq borcumuzdur. Onlar bu dövləti əbədi olaraq müstəqil yaşadacaqlar. Vətənimizin bir hissəsində qazanılmış bu müstəqilliyin Bütöv Azərbaycanı əhatə edəcəyinə əminliyimizi bildirir, bu müqəddəs yolda xalqımıza daha böyük əzm və iradə arzulayırıq".

Anar TAGİYEV
Xəbəri paylaş