Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxın 7 kəndi azad edilməsə, Azərbaycan məsələni hərbi yolla həll etməyi nəzərdən keçirə bilər

Qazaxın 7 kəndi azad edilməsə, Azərbaycan məsələni hərbi yolla həll etməyi nəzərdən keçirə bilər


Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını ucaltmaqla tarixi ədaləti bərpa etmiş oldu. Bununla Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu dünyaya nümayiş etdirdi. Ancaq Qazaxın ermənilər tərəfindən işğala məruz qalmış 7 kəndi isə hələ də azad edilməyib. Bəs, bu proses nə zaman reallaşa və ərazilərimiz işğaldan azad oluna bilər?

Newscenter.az-ın xəbərinə görə, politoloq Vüqar Əhmədov deyib ki, bu məsələ indi Ermənistanla Azərbaycan arasında danışıqlarda müzakirə mövzularından biridir. Onun sözlərinə görə, 44 günlük müharibə və anti-terror tədbirləri baş verməsəydi, Ermənistan məcburi şəkildə ərazilərimizi tərk etməzdi:

"Görünür ki, bu məsələdə də danışıqlarda bir nəticə olmasa Azərbaycan məsələni hərbi yolla həll etməyi nəzərdən keçirə bilər. Amma 7 kəndi Ermənistan geri qaytara bilsə, əlbəttə ki, Ermənistanın vəziyyəti daha da çətinləşmiş olacaq. Çünki həmin kəndlərin ərazisindən Ermənistan Gürcüstana yol kimi istifadə edir".

Politoloq deyib ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası başa çatmamış bu məsələnin həll edilməsi və bu ərazilərin Azərbaycana qaytarılması vacibdir:

"Ermənistanın bu məsələdə Azərbaycanla anlaşmaqdan və kəndləri boşaltmaqdan başqa bir yolu qalmayacaq. Çünki bu ərazilər tarixi Azərbaycan torpaqlarıdır və dünya birliyi tərəfindən Azərbaycan torpağı kimi tanınır".

Anar Əliyev
Xəbəri paylaş