Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Bolqarıstandakı baş konsulluğunu bağladı

Rusiya Bolqarıstandakı baş konsulluğunu bağladı


Rusiya Bolqarıstanın Varna şəhərindəki Baş Konsulluğunu bağlayıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, buna səbəb Rusiya-Ukrayna müharibəsi səbəbindən gərginləşən Moskva-Sofiya münasibətləridir. Məlumata görə, Rusiya Bolqarıstanda paytaxt Sofiya və Ruse şəhərlərindəki konsulluq xidmətləri isə göstərməyə davam edəcək.

Məlumat üçün qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan Moskva Sofiyanı “qeyri-dost ölkə” elan edərək, bu ölkəyə təbii qaz nəqlini dayandırıb. 2022-ci ilin iyununda Bolqarıstan Rusiyanın bu ölkədə yerləşən 114 diplomatından 70-ni “persona non-qrata” elan edərək ailələri ilə birlikdə deportasiya edib. “Persona non-qrata” elan edilənlər arasında Rusiyanın Varnadakı baş konsulu da var.

Anar TAGİYEV
Xəbəri paylaş