Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şamaxı-Qobustan sərhədində zəlzələ olub

Şamaxı-Qobustan sərhədində zəlzələ olub



Azərbaycanda zəlzələ olub.

Newscenter-az xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 02:37-də Şamaxı-Qobustan sərhədində 3,1 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.

Təbii hadisə hiss olunmayıb.

Qeyd edək ki, oktyabrın 15-də yerli vaxtla saat 06:01-də Lənkəran stansiyasından 23 km qərbdə, Lerik rayonunda da 3,6 maqnitudada zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 19 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Anar Tağıyev
Xəbəri paylaş