Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə 2028-ci ilə qədər turizm gəlirlərini 100 milyard dollara çatdırmağı hədəfləyib

Türkiyə 2028-ci ilə qədər turizm gəlirlərini 100 milyard dollara çatdırmağı hədəfləyib


Türkiyə 2028-ci ilə qədər turizmdən 100 milyard dollar gəlir əldə etməyi hədəfləyib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu Türkiyənin 12-ci İnkişaf Planında (2024-2028) əksini tapıb. Göstərilən müddətə qədər isə Türkiyə ziyarətçi sayını 82,3 milyon nəfərə çatdırmağı qarşıya məqsəd qoyub.

Sənəddə qeyd edilir ki, əsas məqsəd dəyişən istehlak meyllərinə uyğun olaraq turizmi şaxələndirmək və inkişaf etdirmək, mövsüm müddətini uzatmaq, xidmət keyfiyyətini artırmaq və daha çox xərcləmə meyli olan ziyarətçiləri ölkəyə cəlb etməklə bir ziyarətçiyə düşən turizm gəlirini artırmaq və sektorda yaşıl, eyni zamanda rəqəmsal transformasiyanı həyata keçirməkdir. Bu çərçivədə turizm potensialı yüksək olan ölkələrdə, xüsusilə Amerika və Uzaq Şərqdə yeni bazarlar yaratmaq üçün tanıtım tədbirləri həyata keçiriləcək.


Anar TAGİYEV
Xəbəri paylaş