Türkiyənin milli müdafiə naziri Yaşar Güler Estoniyaya səfər edəcək.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, oktyabrın 18-də Tallində olacaq nazir Gülər Estoniyanın müdafiə naziri Hanna Pevkurla görüşəcək. Səfər zamanı Estoniya ordusu üçün zirehli texnikanın alınmasına dair müqavilənin imzalanması planlaşdırılır.
Qeyd edək ki, bundan əvvəl Yaşar Güler Kosovada səfərdə olub. Nazir Kosovo səfərinin son günü Priştina yaxınlığındakı Osmanlı Sultanı I Murad Hüdavendigar türbəsini ziyarət edib. Nazir Gülər sabah Sultan Murad türbəsini ziyarət etdikdən sonra Kosovonu tərk edərək Estoniyanın paytaxtı Tallinə gedəcək.
Anar TAGİYEV