Xarici ölkə vətəndaşları üçün saxta yaşayış sənədləri hazırlayan 13 nəfər saxlanılıb.
Newscenter-az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Kocaeli vilayətində qeydə alınıb. Belə ki,
Kocaelidə əcnəbi vətəndaşlara saxta müvəqqəti yaşayış yeri sənədi verdiyi iddiası ilə 13 şübhəli saxlanılıb.
Saxlanılan şəxslərin yaşayış yerlərində aparılan axtarış zamanı çoxlu sayda sənədlər götürülüb.
Bundan başqa, qanunsuz yaşayış yerinin verilməsində əli olan 53 nəfər barəsində məhkəmə və inzibati qaydada icraat aparılıb.
Anar Tağıyev