Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xəzərdə balıqçılar batıb, onlardan biri xilas ola bilib

Xəzərdə balıqçılar batıb, onlardan biri xilas ola bilib


Xəzər dənizinin Şabran rayon sahillərində iki balıqçı dənizdə boğulmaq təhlükəsi ilə üzləşib.

Newscenter.az xəbər verir ki, “Report”un Şimal bürosunun məlumatına görə, onlardan biri xilas ola bilib.

Lakin Şabran rayon sakini, 1962-ci il təvəllüdlü Hüseynov Xələf Hüseyn oğlu dənizdə boğulub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən balıqçının axtarışları davam etdirilir.
Xəbəri paylaş