Birləşmiş Ştatlar müxtəlif ölkələrdə fəaliyyət göstərən səfirlik əməkdaşlarına təhlükəsizliklə bağlı xəbərdarlıq edib.
Newscenter.az Haber Global-a istinadən bildirir ki, səfirlik əməkdaşlarına səyahətlərdən, nümayişlərdən və izdihamdan çəkinmələrini tövsiyə edib. Məlumatda bildirilib ki, yaxın bir neçə həftə ərzində Türkiyədə İsrail və Qəzzada baş verən hadisələrlə bağlı geniş nümayişlər gözlənilir. İstənilən toplantı, hətta dinc toplantılar da zorakılığa çevrilə bilər.
Bundan başqa, ABŞ-ın Adanadakı konsulluğunun növbəti xəbərdarlığa qədər bağlı qalacağı bildirilib.
Anar TAGİYEV