Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya liderləri İlham Əliyevi təbrik edib

Dünya liderləri İlham Əliyevi təbrik edib


İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Newscenter.az xəbər verir ki, məktubda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin Müstəqilliyinin Bərpası Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq.

Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirik.

Zati-alinizə xoş arzularımızı və ehtiramımızı bildiririk".

XXX

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü münasibətilə öz adımdan və Bəhreyn Krallığının xalqı adından Zati-alinizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuram.

Uca Allahdan Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzu edirəm.

Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm".

XXX

"Türkmənistanla Azərbaycan arasında qardaşlıq münasibətlərinə böyük əhəmiyyət veririk".

Bu fikir Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.

Dövlət başçısı məktubunda bildirib ki, Azərbaycan sosial və iqtisadi sahələrdə yeni zirvələrə çatıb, həmçinin beynəlxalq arenada nüfuzunun daha da artması istiqamətində inamla irəliləməkdə davam edir: "Biz Türkmənistan və Azərbaycan Respublikası arasında qardaşlıq münasibətlərinə böyük əhəmiyyət veririk. Türkmənistan-Azərbaycan əməkdaşlığının daha yüksək səviyyəyə qaldırılması üçün bundan sonra da Sizinlə birlikdə hərtərəfli səylər göstərməyə hazır olduğumu bildirirəm".

XXX

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Zati-aliləri!

18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Sizi və Sizin simanızda Azərbaycan xalqını Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan təbrik edirəm.

Bu il Müstəqilliyin Bərpası Günü xüsusilə əlamətdar bir vaxtda qeyd olunur. Belə ki, Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam təmin edildi. Oktyabrın 15-də Xankəndidə və Qarabağın digər ərazilərində Dövlət Bayrağının ucaldılması bu prosesin təntənəli yekunu oldu.
Biz, həmçinin bu yolda canlarını fəda etmiş bütün qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edirik.

Müstəqil Azərbaycan 1993-cü ildə tarixinin ən çətin və ağır dövründə, süquta uğramaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtması tarixi hadisə oldu. Ölkədə sabitlik bərpa olundu, dirçəliş və inkişaf prosesləri başlandı. Ulu Öndərin başlatdığı işləri Siz Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası istiqamətində uğurla davam etdirdiniz. Bu, Sizin milli maraqlara, milli birliyə və beynəlxalq hüquqa əsaslanan ardıcıl və davamlı siyasətinizin əsl təntənəsidir. Bu tarixi nailiyyətin Azərbaycan xalqının Ümummilli Liderinin 100 illik yubileyini qeyd etdiyi bir vaxtda əldə olunması xüsusi məna kəsb edir.

Cənab Prezident, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması işlərində Sizə uğurlar arzulayırıq.

Azərbaycan Respublikasının qələbələri sayəsində bu gün regionda yaranmış yeni bir vəziyyətlə üz-üzəyik. Böyük potensiala və artan geostrateji əhəmiyyətə malik bu regionda əməkdaşlıq və davamlı inkişaf üçün gözəl imkanlar, perspektivlər yaranıb. Həmişə olduğu kimi, biz GUAM olaraq regional sülhün, sabitliyin və davamlı inkişafın təşviqinə bundan sonra da dəstək və töhfə verməyə hazırıq.

Zati-aliləri, Azərbaycanın daha da inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi işində Sizə uğurlar, Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzulayırıq".

XXX

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Cənab Prezident!

Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü münasibətilə

Bosniya və Herseqovinanın Serb Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə səmimi salamlarımı, xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası inkişaf edərək regional liderə və iqtisadi gücə çevrilib. Mən fəxrlə deyirəm ki, Bosniya və Herseqovinanın Serb Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı anlaşmaya və hörmətə əsaslanan dostluq münasibətləri, mükəmməl iqtisadi əməkdaşlıq mövcuddur. Böyük geosiyasi dəyişikliklər, həm siyasi, həm də iqtisadi arenada çağırışlar dönəmində hər bir ölkənin daxili işlərinə, eləcə də xarici siyasətinə anlayışla və hörmətlə yanaşmaq son dərəcə vacibdir. Mən qəti şəkildə əminəm ki, ikitərəfli əməkdaşlığımız bir çox sahələrdə genişlənəcək və dərinləşəcək. Səmimiyyətlə inanıram ki, əlaqələrimiz gələcək illərdə də ölkələrimizə faydalı olacaq şəkildə inkişaf edəcək. Mənim qəti niyyətim dostluğumuzu və dəstəyimizi qoruyub saxlamaq, qarşılıqlı hörmət əsasında daha da inkişaf etdirməkdir.

Möhtərəm Prezident, Sizə dərin ehtiramımı bildirir, cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram".

Sevinc Mehdiyeva
Xəbəri paylaş