"Atəşkəsə nail olmaq üçün səylərimizi davam etdirəcəyik".
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabından etdiyi paylaşımda səsləndirib.
Prezident Rəcəb Tayyib Ərdoğanın paylaşımında daha sonra qeyd edilib:
“İsrailin artan zülmü qarşısında İslam dünyasının qətiyyətini, Fələstinin Ciddə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin Fövqəladə İclasının həmrəyliyini yüksək qiymətləndirirəm".
Türkiyə lideri vurğulayıb ki, oktyabrın 7-də başlayan və bütün bölgəmizə yayılma riski olan böhranın həlli üçün ilk gündən səy göstərib:
"İndiyədək dövlət və hökumət səviyyəsində 18 liderlə telefon danışığımız olub. Misir rəsmiləri ilə əməkdaşlıq edərək bölgəyə humanitar yardım materialları ilə dolu 3 təyyarə çatdırdıq".
Anar TAGİYEV