Yaxın Şərqdəki vəziyyəti nizama salmaq istiqamətində Türkiyənin diplomatik cəhdləri davam edir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qəzzaya həsr olunmuş növbədənkənar toplantısı çərçivəsində Ciddədə Küveytin xarici işlər naziri Şeyx Səlim Abdullah Əl-Cabir Es-Sabah ilə görüşüb.
Görüş zamanı İsrail-HƏMAS qarşıdurması, Qəzzada yaşanan insanlıq dramı, eləcə də Yaxın Şərqdə süıh və təhlükəsizliyə nail olmağın mümkün yolları ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Türkiyə XİN rəhbəri Hakan Fidan Səudiyyə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qəzzaya həsr olummuş növbədənkənar toplantısında iştirak etmək üçün Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfər edib.
Anar TAGİYEV