Bu gün axşam saatlarına doğru İsraildə əhali üçün həyəcan siqnalı çalınıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, həyəcan siqnalı əsasən ölkənin şimal hissəsini əhatə edib. Həyəcan siqnalının İsrailin şimalına gözlənilən raket zərbələri ilə bağlı olduğu vurğulanıb.
İsrail kəşfiyyatının məlumatına görə, bu gün ölkənin şimal ərazilərinə raket zərbələri endirilməsi təhlükısi var. Buna görə ölkənin hava hücumundan müdafiə qüvvələri təhlükəsizlik tədbirlərini bir qədər də artırıb.
Anar TAGİYEV