Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili Səbinə Xasayeva Lökbatanda bir qrup vətəndaşı qəbul edib

Millət vəkili Səbinə Xasayeva Lökbatanda bir qrup vətəndaşı qəbul edib


Oktyabrin 18-də 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva YAP Qaradağ rayon təşkilatının qərargahinda seçicilər ilə görüş keçirib.


Newscenter-az xəbər verir ki, görüşdə seçicilərin müraciətləri dinlənilib. Seçicilər işə qəbul olunmalarına, işsizliyə görə ünvanlı dövlət sosial yardım (ÜDSY) almaq hüququnun təyin edilməsinə, özünüməşğulluq proqramı çərçivəsində  təşkil edilən peşə kursuna cəlb edilmələrinə, təhsil haqqının Təhsil Tələbə Krediti Fondunun hesabına ödənilməsinə,əhali arasında hüquq təbliğatının gücləndirilməsinə, şəxsi problemlərinin həll edilməsi üçün maddi yardım göstərilməsinə köməklik göstərilməsini xahiş ediblər.

Qəbul zamanı vətəndaşların səsləndirdikləri təklif və şikayətlər araşdırılması və həll edilməsi üçün qeydə alınıb və nəzarətə götürülərək həll edilməsi üçün müvafiq qurumlara göndərilib.

Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını ifadə edib, onları narahat edən məsələlərin tezliklə öz həllini tapacağına əminliklərini bildiriblər.

Anar Əliyev
Xəbəri paylaş