Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan Azərbaycana təzyiq etmək istəyir

Paşinyan Azərbaycana təzyiq etmək istəyir


Ermənistanın baş naziri Nikol Paşinyan özünün qeyri-müəyyən oyununu davam etdirir. Bir tərəfdən Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu deyən Paşinyan, digər tərəfdən iştirak etdiyi beynəlxalq tədbirlərdə, xarici KİV-lərə verdiyi müsahibələrdə Azərbaycanla şərtlə danışır, nəyisə diktə etməyə çalışır. Bu da erməni baş nazirin bir daha qeyri-səmimiliyini ortaya qoyur, onun sülhə hazır olmadığını göstərir. Elə politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin bağlanması istiqamətində aparılacaq danışaqlarda Qarabağa ermənilərin qayıtması fonunda ərazinin muxtariyyət məsələsini danışaqlar masasına gətirə bilər. Politoloqun sözlərinə görə, Ermənistan tərəfi Samvel Babayanı bu istiqamətdə təlimatlandırıb:

"Bununla Azərbaycana təzyiq etmək etmək və güzəştlər əldə etmək istəyirlər. Ermənistan rəhbərliyi hələ də fərqində deyil ki, 30 il ərzində işğal olunmuş ərazilərdə ordu və qondarma qrum qurmasına baxmayaraq, 44 gün və 23 saat ərzində Azərbaycan onu tam məhv etdi. Əgər, Ermənistan belə bir avantürist şərtlə çıxış edəcəksə, sülh danışıqları müsbət nəticənlənməyəcək".

Anar Əliyev
Xəbəri paylaş