Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səmərəsiz hala gələn BMT TŞ növbəti dəfə üzərinə düşən məsuliyyəti yerinə yetirə bilmədi

Səmərəsiz hala gələn BMT TŞ növbəti dəfə üzərinə düşən məsuliyyəti yerinə yetirə bilmədi


"Tamamilə səmərəsiz hala gələn Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası növbəti dəfə üzərinə düşən məsuliyyəti yerinə yetirə bilmədi".

Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünün sosial media hesabında BMT Təhlükəsizlik Şurasının Qəzza zonası ilə bağlı qərarına münasibət bildirərkən qeyd edib.

Türkiyə lideri vurğulayıb ki, insan hüquq və azadlıqlarından söz düşəndə ​​özlərini irəli verən Qərb ölkələri Qəzzada yaşanan olayların fonunda yanğına sanki benzinlə gedirlər.

Ərdoğan hesab edir ki, beynəlxalq media orqanları qərəzli və ikiüzlü nəşrləri ilə insan qırğınını ört-basdır etmək üçün sanki yarışa giriblər.

Anar TAGİYEV
Xəbəri paylaş