Türkiyə futbol klubu nümunəvi davranış sərgiləyib.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, Super Liqada oynayan "Konyaspor" şənbə günü oynanacaq "Pendikspor" matçından əldə etdiyi bütün gəliri Qəzzada tikiləcək xəstəxananın tikintisinə bağışlayacağını açıqlayıb.
Komandanın verdiyi açıqlamada, "Biz də ictimaiyyət kimi Qəzzada baş verən faciəvi hadisələri narahatlıqla izləyirik. Qəzzada xəstəxananın bombalanması nəticəsində yüzlərlə mülki vətəndaşın həyatını itirməsindən dərin kədər hissi keçiririk. Bölgədə ən qısa zamanda sülh və əmin-amanlıq əldə olunmasını arzulayırıq", deyə-vurğulanır.
Oruc Niyazov