Qarabağ separatçılarının keçmiş rəhbəri Araik Arutyunyanın tapança hədiyyə etdiyi şəxs Ermənistanın paytaxtı İrəvanda silahlı insident törədib.
Bu barədə Newscenter.az yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, hadisə A.Qriboyedov küçəsində qeydə alınıb. İnsidenti törədən şəxs saxlanılıb. Məlumata görə, bu, İrəvanın 50 yaşlı sakini Arman A.-dır. Ondan 8 ədəd patronla dolu “Beretta” markalı tapança aşkar edilərək maddi sübut kimi götürülüb.
O, polisə bildirib ki, tapançanı 2023-cü ildə Arayik Arutyunyandan hədiyyə alıb.
Faktla bağlı araşdırma aparılır.
Anar Tağıyev