"Azərbaycan dövlətinin öz ərazisində antiterror tədbirləri ilə torpaqlarını separatçı-terrorçu dəstələrindən təmizlənməsini "etnik təmizləmə" adı ilə bir sıraya qoyan Avropa Parlamentinin bu yanaşması siyasi riyakarlıqdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, əli Azərbaycan xalqının qanına batmış, hazırda isə məhkəməsi gedən Vaqif Xaçaturyan kimi caninin azad edilməsi və Ermənistana təhvil verilməsi tələbi əsl ikiüzlülük və siyasi fahişəlikdir:
"Azərbaycanın keçirdiyi antiterror tədbirlərində tək insan haqlarının yox, hətta heyvan haqlarının belə qorunduğu, bir heyvansevər təşkilatın belə fakt tapmadığı bir durumda Qərbin insan haqlarının pozulmasından, əhalinin köçədə təzyiqlərə məruz qalmasından danışmaq, bunu iddia etmək siyasi saxtakarlıqdır. Bu, korrupsiyaya bulaşmış Avropa Parlamenti üzvlərinin maddi maraqlarından xəbər verir".
Mehman Mehdiyev