"Avropa iyirmi birinci əsrdə əsl etnik təmizləmə necə olur öz kor gözləri ilə gördü. Bunu İsarail onlara əyani göstərdi".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, yüz min erməninin öz xoşu ilə ərazidən sakit şəkildə çıxıb getməsi əgər etnik təmizləmədirsə, onda bir milyon iki yüz mindən çox, hətta iki milyona yaxın sivil insanın raketlər, bombalar altında məhv edilməsi, yaralanması fonunda açıq şəkildə Qəzzanın şimalından cənubuna qovulmasının elan edilməsi və bunun həyata keçirilməsi onda bəs nədir?
Azər Qasımov qeyd edib ki, İsrailin terror hücumuna cavab vermək haqqı olduğu halda, on illərlə Azərbaycan vətəndaşlarının öldürülməsinə, basdırılmış minalara düşərək həlak olmasına Azərbaycan dövlətinin sonda dözməyərək antiterror tədbirləri keçirməsi Avropa üçün hansı məntiqlə qəbuledilməz olmalıdır?
"Avropa bir halda bunu doğru hesab edir, İsrailin özünümüdafiə hüququnun olduğu kimi qəbul edir, məsələ Azərbaycan olunca bu, insan haqlarının pozulması, etnik təmizləmə olur, xüsusən də, həmin köç dünyanın gözü qabağında olub".
Anar Əliyev