İsrail fğvqəladə və səlahiyyətli səfiri daxil olmaqla Türkiyədəki bütün diplomatlarını geri çağırmaq qərarına gəlib.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, diplomatlar ölkəni iki ölkə arasında yaranmış diplomatik böhrana görə deyil, təhlükəsizlik baxımından tərk edəcəklər. İsrail vətəndaşları dünən və srağagün İstanbuldan reyslərlə Türkiyəni tərk ediblər.
Qeyd edək ki, İsrail Qəzzaya zərbələr endirdikdən bu günə qədər Türkiyənin demək olar ki, hər bir vilayətində İsrail əleyhinə aksiyalar keçirilir.
Sona