Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İzmirdə 76 qeyri-qanuni miqrant xilas edildi

İzmirdə 76 qeyri-qanuni miqrant xilas edildi


İzmirin Seferihisar və Çeşmə rayonları sahillərində yunanlar tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan 79 qeyri-qanuni mühacir xilas edilərək sahilə çıxarılıb.

Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, Sahil Mühafizə Komandanlığının internet saytında yer alan açıqlamaya görə, Seferihisar mahalı sahillərində rezin qayıqda bir qrup qeyri-qanuni immiqrant olduğu xəbəri üzərinə bölgəyə qruplar göndərilib.

Yunanıstan tərəfindən Türkiyənin ərazi sularına sıxışdırılan rezin qayıqdakı qeyri-qanuni miqrantlardan 45-i Seferhisarda, 34-ü isə Çeşmə rayonu sahillərində xilas edilib.

Mehman Mehdiyev
Xəbəri paylaş