Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident maaşından imtina etdi

Prezident maaşından imtina etdi


Hərbi çevriliş yolu ilə hakimiyyətə gələn Qabon prezidenti Brice Oliqui Nguema ölkə iqtisadiyyatının zəif olması və ağır sosial-iqtisadi durum səbəbindən maaşını ala bilməyəcək.

Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, hökumət sözçüsü Ulrix Manfoumbi belə bir açıqlama ilə çıxış edib. O bildirib ki, keçid dövrü prezidenti Nguema prezidentlik maaşından imtina edib. O yalnız Respublika Qvardiyasının komandanı kimi maaş alacaq.

Qeyd edək ki, keçid hökumətinin prezidenti olan Nguema daha əvvəl sabiq prezident Ali Bonqo dövründə törədilən korrupsiyaya hallarına görə, Ali Bonqonun həyat yoldaşı Silvia Bonqo Ondimba Valentin və oğlu Nurəddin Bonqo da daxil olmaqla bir çox yüksək vəzifəli şəxsləri həbs etdirib.

Mehman Mehdiyev
Xəbəri paylaş