Birləşmiş Ştatlarda İsrailə silah göndərilməsi ilə bağlı əhali arasında rəy sorğusu keçirilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, sorğu nəticəsində rəyi soruğulanların 52 faizi ABŞ administrasiyasının İsrailə silah və texnika göndərməsini dəstəkləmədiklərini bildiriblər. Yalnız 24 faiz respondent İsrailə külli miqdarda silah verilməsini dəstəkləyib.
Sorğu iştirakçıların 85 faizi münaqişənin Yaxın Şərqə yayılma riskindən narahat olduğu halda, 79 faizi ABŞ-da terror fəaliyyətinin mümkünlüyündən narahat olduğunu bildirib.
Anar TAGİYEV