Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Türkiyə komandoları şərti düşmənin diversiya qrupunu zərərsizləşdiriblər

Azərbaycan və Türkiyə komandoları şərti düşmənin diversiya qrupunu zərərsizləşdiriblər


Cari ilin oktyabr ayının 23-25 tarixlərində Azərbaycanda keçiriləcək "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təlimi ərəfəsində hər iki qardaş ölkənin komando bölmələri ilə müxtəlif tapşırıqlar üzrə fəaliyyətlər məşq etdirilib.

Bu barədə Newscenter.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Komandolar gecə məhdudgörmə şəraitində taktiki yerdəyişmə icra edərək basqınla şərti düşmənin diversiya qrupunu yerləşmə məntəqəsində zərərsizləşdiriblər.

Təlimin əsas məqsədi hərbi qulluqçuların məhdudgörmə şəraitində taktiki vərdişlərinin təkmilləşdirilməsi və komando bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Məşqlər zamanı yüksək peşəkarlıq nümayiş etdirən komandolar bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.



Mehman Mehdiyev
Xəbəri paylaş