“İkinci Qarabağ müharibəsindən sonra Ermınistanın sərgilədiyi mövqe diqqət çəkməyə bilməz. Ermənilər artıq Rusiyadan üz çevirib Avropaya istiqamət alıblar. Bu da ermənilərin hiyləgərliyinin daha bir nümunəsidir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri sabiq millət vəkili Cahangir Hüseynov səsləndirib. O bildirib ki, hazırda ermənilər Avropada Azərbaycan əleyhinə kampaniya aparır, Qarabağda etnik təmizləmə həyata keçirdiyimizi iddia edirlər:
“Təəssüflər olsun ki, bəzi Avropa dövlətləri, siyasiləri də ermənilərin bu yalanlarına şərik çıxırlar”.
Cahangir Hüseynov hesab edir ki, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması üçün mütləq sülh müqaviləsi imzalanmalıdır.
Anar TAGIYEV