"Qəzzadakı iztirabların bitəcəyinə ümid edirik".
Newscenter.az-ın xəbərinə görə, bu fikirləri Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar İsrailin Fələstinə hücumları barədə danışarkən deyib.
Girne Amerikan Universitetinin (GAU) 2023-2024-cü tədris ilinin açılış mərasiminə qatılan Tatar Fələstində hər gün baş verən ölümlərin keçmişdə Kiprdə baş verənləri xatırlatdığını bildirib.
Qəzzada yaşanan qarşıdurmalardan böyük kədər duyduğunu dilə gətirən Tatar, "Hücumların, qarşıdurmaların və ölümlərin bir an əvvəl bitəcəyini ümid edirəm. Bu, bizim ən böyük arzumuzdur", deyə-vurğulayıb.
Anar TAGİYEV