Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hakan Fidan: "Bölgədəki dostlarımız məqsədəuyğun hesab etsə, zəmanətçi rolunu oynayacağıq"

Hakan Fidan: "Bölgədəki dostlarımız məqsədəuyğun hesab etsə, zəmanətçi rolunu oynayacağıq"


"Bölgədəki dostlarımız məqsədəuyğun hesab etsə, zəmanətçi rolunu oynayacağıq".

Newscenter.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaxın Şərqdə qarşıdurmanın aradan qaldırılmasının mümkün yolları barədə danışarkən qeyd edib.

Türkiyənin XİN rəhbəri qeyd edib ki, Fələstin məsələsi bizim üçün mühüm məsələdir:

"Müxtəlif mərhələlərdən keçmiş bir məsələdir və oktyabrın 7-də başlayan son böhran, son dram bizi doğrudan da narahat edir. Qəzzada daha əvvəl 2009 və 2014-cü illərdə bu tipli qarşıdurmalar olub. İsrail Qəzzada növbəti dəfə çox ciddi əməliyyatlar keçirdi".

Hakan Fidan deyib ki, oktyabrın 7-də başlayan HƏMAS hücumları əslində İsrailin, xüsusilə son 10 ildə bölgədəki siyasətinin yanlışlığının sübutu idi:

"Bu özü üçün inkişaf etdirdiyi milli təhlükəsizlik sisteminin zəif tərəflərini ortaya çıxardı".

Anar Əliyev
Xəbəri paylaş