Vətəndaşların sahibkarlıq fəaliyyətinə güzəştli kreditlərin verilməsi, əmlak, istehsal və emal müəssisələrinin yaradılması və digər məsələlərlə bağlı müraciətlərinə baxılıb.
Newscenter.az xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Biləsuvar şəhərində Biləsuvar və Salyan rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyətinə güzəştli kreditlərin verilməsi, əmlak, istehsal və emal müəssisələrinin yaradılması və digər məsələlərlə bağlı müraciət ediblər.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.
R.Mehdiyeva