Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail-HƏMAS savaşı böyük güclərin qurduğu oyundur

İsrail-HƏMAS savaşı böyük güclərin qurduğu oyundur


“İsraillə HƏMAS arasında yaşanan gərginlik sıradan bir hadisə deyil. İki həftədən artıqdır davam edən və Yaxın Şərqi qan gölünə çevirən bu savaşın ssenarisi dünya gücləri, əsasən də Amerika tərəfindən cızılıb. Məqsəd də aydındır. Normallaşmaqda olan Türkiyə-İsrail münasibətlərini yenidən gərgin vəziyyətə, bərpaolunmaz hala salmaqdır”.

Newscenter.az xəbər verir ki, bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrup hesab edir ki, Türkiyənin Rusiya ilə anlaşma çərçivəsində Cənubi Qafqazda varlığının qalıcı olması, bu regionda Qərbin, Vaşinqtonun maraqlarının zərbə altında qalması demək idi:

“Buna paralel olaraq isə Türkiyə ilə İsrailin yaxınlaşması Ankaranın Yaxın Şərqdə möhkəmlənməsi anlamına gəlirdi. Bu isə Birləşmiş Ştatların Yaxın Şərqdə mövqelərinin zərbə altında qalması demək olardı. Ona görə də başda Birləşmiş Ştatlar olmaqla dünyanın super gücləri İsrail-HƏMAS qarşıdurmasına rəvac verməklə Ankara-Təl-Əviv münasibətlərini yenidən çıxılmaz duruma salmağa nail oldular”.

Anar Əliyev
Xəbəri paylaş