Türkiyənin "Antalyaspor" futbol klubunun texniki heyətində yer alan israilli futbolçular Jehezkel və Safuri komandalarının "Qaziantep" klubu ilə qarşılaşmasında meydana çıxmayacaqlar.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, israilli futbolçular komandanın rəhbərliyindən oyuna çıxmamaları üçün icazə alıblar. Buna səbəb isə Türkiyə Futbol Federasiyasının qəbul etdiyi qırar olub.
Belə ki, Federasiyanın qərarına əsasən, qarşılaşmalardan əvvəl Qəzza hadisələrində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Həmçinin, futbolçular oyun zamanə qollarına qara lent baölayacaqlar. Fələstinliləri bir dəqiqəlik sükutla yad etmək istəməyən israilli futbolçular bu səbəbdən "Qaziantep"lə qarşılaşmada oynamamaq qərarına gəliblər.
Oruc Niyazov