Birləşmiş Ştatlar və Qərb, Avropanın bəzi ölkələri yenidən Qafqazlarda gərginlik yaratmaq niyyətindədir. Müntəzəm olaraq Ermənistanı müdafiə edən, onun məzlum, yəzyiqlərə məruz bir dövlət olduğu görüntüsünü yaradan həmin güclər bu yolla erməniləri yenidən revanşizmə, müharibəyə sürükləyirlər. Elə son günlər Avropanın siyasi təsisatlarının İrəvanı gərəksiz yerə müdafiə edən bəyanatlar verməsinin arxasında da məhz bu amil dayanır. Siyasi ekspert Çingiz Şahbazi də bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə ekspert bildirib ki, Qərbin və ABŞ-ın separatçı ermənilərə olan sevgisi, yenidən onların ikiüzlü və ikili standartlar üzərindən Azərbaycana qarşı növbəti riyakarlığı hesab etmək olar. Onun sözlərinə görə, bu dairələr durmadan Qarabağ ermənilərinin yenidən Qarabağa qayıtmalarını təmin etmək üçün bəyanatlar verirlər:
"Amma, nədənsə indiki Ermənistan ərazisindən, yəni öz ata-baba yurdlarından zorla çıxardılan azərbaycanlılar haqqında belə çağırışlar və bəyanatlar verməyə dilləri gəlmir. Əslində onların mövqeyi gün kimi hər kəsə aydındır. Bu açıq şəkildə ikili standartlar üzərindən yürüdülən mövqedir və səbəbi isə çoxdur".
Anar Əliyev