Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzzada yaşayış binalarının 30 faizi dağıdılıb

Qəzzada yaşayış binalarının 30 faizi dağıdılıb


Qəzzada yaşayış binalarının 30 faizi dağıdılıb və ya yaşayış üçün yararsız hala düşüb.

Newscenter.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qəzzada apardığı müşahidələrin nəticələrinə dair açıqlamasında bildirilir.

BMT rəsmisi Farhan Haq gündəlik keçirdiyi mətbuat konfransında deyib ki. Humanitar İşlərin Koordinasiya Ofisindən (OCHA) aldıqları məlumata görə, davam edən hava hücumları səbəbiylə xilasetmə qrupları vəzifələrini yerinə yetirə bilmirlər.

Təxminən 9 min xərçəng xəstəsinin müalicə ala bilməyəcəyini bildirən Haq, həmçinin, 7 oktyabrdan bəri Qəzzaya baş verən hücumlar zamanı 490 min qadın və qızın didərgin düşdüyünü, 900-ə yaxın qadının isə ərlərini itirərək dul qaldığını deyib.

Mehman Mehdiyev
Xəbəri paylaş