Azərbaycan bayrağının Xankəndidə ucaldılmasından sonra bu şəhər ilə bağlı müxtəlif təklif və təşəbbüslər səslənməkdədir. Bir qism paytaxtın Xankəndinə köçürülməsini təklif edir, bir qism isə burada hansısa təhsil ocağı, elm mərkəzi və s. açılması təşəbbüsü ilə çıxış edir.
Newscenter.az-ın xəbərinə görə, tanınmış jurnalist İnqilab Şirinli isə təklif edir ki, Xankəndidə Qarabağ adlı televiziya açılsın. Onun sözlərinə görə, həmin televiziyada milli-mənəvi, tarixi -mədəni dəyərlərin təbliğini həyata keçirməklə yanaşı, Azərbaycan, ingilis, rus və erməni dillərində də analitik proqramlar yayımlanmalıdır:
"Sözügedən teıeviziya Azərbaycan peyki ilə yanaşı, başqa peyklər üzərindən də yayım həyata keçirsin. Bayağı şou verilişlər olmasın. Bir sözlə, həm məkan olaraq, həm də ad olaraq içərisində olduğumuz informasiya savaşında əsas rupora çevrilsin".
Anar Əliyev