Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana onlayn yolla narkotik vasitə gətirən Nadim İmanverdiyevə hökm oxunub.
Newscenter.az bildirir ki, “Report” un əldə etdiyi məlumata görə, N.İmanverdiyev 27 fevral 2023-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Xətai RPİ-nin və İdarənin 37- ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesin yekununda Nadim İmanverdiyev 7 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.
Məhkəmə iclasında bildirilib ki, N.İmanverdiyev qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə istintaqa məlum olmayan İran vətəndaşı Seyfur Rza adlı şəxslə votsap tətbiqi üzərindən cinayət əlaqəsinə girib.
Nadim və İran vətəndaşı olan Seyfurun aralarındakı razılığa əsasən, istintaqa məlum olmayan şəxs tərəfindən Xətai rayonu, Xəzər küçəsi, 4 ünvanında qoyulmuş 1 ədəd bağlamada 16 kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlayıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Xətai RPİ-nin və İdarənin 37- ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 27 fevral 2023-cü il tarixdə saxlanılıb.
Keçirilən əməliyyat axtarış tədbirləri zamanı N.İmanverdiyevə məxsus polietilen bağlamada 16 kiloqrama yaxın bitki mənşəli narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülüb.