Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərb Azərbaycanın üzərinə yürüş edir

Qərb Azərbaycanın üzərinə yürüş edir


"Bəzi siyasətçilərin və sosial şəbəkədə aktiv insanların Rusiyayönümlü fəaliyyətinin nəticəsidir ki, Qərb indi Azərbaycan üzərinə yürüş edir".

Newscenter-az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Azər Qasımov bildirib ki, Rusiya ilə əlaqələrin pozulmasını, pisləşməsini istəməyən bu insanların məntiqinə görə Rusiya ilə əlaqələri pisləşdirmək olmaz, amma Qərblə olar:

"Rusiya ilə münasibətlərin hər hansı səbəbdən pozulması əgər siyasi olaraq düz deyilsə və bu, belə olmamalıdırsa, hansı siyasətə əsasən Qərblə əlaqələri pozmaq olar? Qərb Rusiyadan məgər zəif siyasi oyunçudur ki, Rusiyanın yanında dayanmaq daha doğru siyasət hesab olunsun?"

Politoloqun qənaətincə, dövlət əzəl gündən balanslı siyasət yolu tutubsa, kimlərinsə rusyönlü olması və aktiv müdafiə etməsi Qərbin əlinə bəhanə verir ki, Azərbaycanı Rusiyanın yanında, əlbir fəaliyyətdə olmaqda günahlandırsın:

"Azərbaycan öz qələbəsi ilə elə ən böyük zərbəni Rusiyaya vurub. Bunun harası Rusiyanın yanında olmaqdır? Azərbaycan dövləti, fikrimcə, bu vəziyyəti dəyişdirmək üçün rusbaşlara qarşı demarş edir ki, Qərbə Rusiyanın yanında olmadığını göstərsin. Nəzakət Məmmədovanın həbsi də bu qəbildəndir. Görünən odur ki, proses davam edə bilər. Doğru da edər".

Anar Əliyev
Xəbəri paylaş