Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəmkirdə daş karxanasında işləyən ekskavator yanıb

Şəmkirdə daş karxanasında işləyən ekskavator yanıb


Şəmkirdə ekskavator yanıb.

Bu barədə Newscenter.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Şəmkir rayonunda yerləşən daş karxanasının ərazisində ekskavatorda yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "HİDROMEK 370" markalı ekskavatorun mühərrik hissəsində baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində ekskavatorun mühərrik hissəsi qismən yanıb, əsas hissəsi isə yanğından mühafizə olunub.

[media=Şəmkirdə daş karxanasında işləyən ekskavator yanıb Şəmkirdə daş karxanasında işləyən ekskavator yanıb]

Mehman Mehdiyev
Xəbəri paylaş