Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə-İsrail münasibətlərinin bu dönəmdən necə çıxacağını proqnozlaşdırmaq üçün zəmin tam yetişməyib

Türkiyə-İsrail münasibətlərinin bu dönəmdən necə çıxacağını proqnozlaşdırmaq üçün zəmin tam yetişməyib


“Diqqət etdinizsə, HƏMAS-ın İsrailə hücumunun ilk günlərində Türkiyə çox soyuqqanlı mövqe tutaraq qan axıdılmasının dayandırılmasına, tərəflərin danışıqlara başlayaraq toqquşmaları dayandırmasına çalışırdı. Lakin növbəti günlərdə İsrailin hərbi kampaniyanı genişləndirməsi, Qəzza zolağını davamlı bombalaması, hətta mühüm mülki obyektləri, o cümllədən, məktəb və xəstəxanaları vurması Türkiyə hakimiyyətinin öz mövqeyini sərtləşdirməsinə səbəb oldu. Eyni zamanda, Türkiyənin ictimai rəyi də geniş mənada İsrailin dinc əhalini hədəfə almasını lənətləyir. Sözsüz ki, İsraillə Türkiyə arasında münasibətlərin normallaşdırılması, əlaqələrin əvvəlki səviyyəyə qaytarılmasına cəhd edildiyi bir vaxtda münasibətləri yenidən gərginləşdirən olayların yaşanması təəssüf doğurur".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Əlabbas Məhərrəmli Yaxın Şərqdə cərəyan edən proseslər fonunda İsrail-Türkiyə münasibətlərinin yenidən kritik həddə yönəlməsi mümkünlüyündən danışarkən səsləndirib. Ekspertin fikrincə, Türkiyə hakimiyyəti həm özünün mühafizəkar təbiətindən, həm də ictimai rəyin mövqeyindən irəli gələrək, İsrailiə qarşı tövrlərini davam etdirəcək:

"İsrailin buna necə qarşılıq verəcəyini indidən demək çətindir. Onu da nəzərə alaq ki, tək Türkiyə və başqa İslam dövlətləri deyil, hətta bir çox xristian ölkələri də İsraili sərt şəkildə tənqid etməkdədirlər".

Əlabbas Məhərrəmli hesab edir ki, Türkiyə-İsrail münasibətlərinin bu dönəmdən necə çıxacağını birmənalı proqnozlaşdırmaq üçün zəmin tam yetişməyib:

"Bu an aydın olan odur ki, həmin münasibətlərin aqibbəti İsrailin davranışlarından daha çox asılı olacaq”.

Anar Əliyev
Xəbəri paylaş