Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransada hesab edirlər ki, Azərbaycan ordusu Qarabağdan sonra Qərbi Zəngəzura istiqamətlənəcək

Fransada hesab edirlər ki, Azərbaycan ordusu Qarabağdan sonra Qərbi Zəngəzura istiqamətlənəcək


"Fransanın müdafiə naziri Sebastien Lekornu bildirib ki, Fransa və Ermənistan arasında silah satışı ilə bağlı saziş imzalanacaq. Müqavilədə hava hücumundan müdafiə sistemlərinin alınması nəzərdə tutulub. Nazir deyib ki, Ermənistana "sərhədlərinin mühafizəsini təmin etmək" imkanı vermək lazımdır. Görünür, Fransada hesab edirlər ki, Azərbaycan ordusu Qarabağdan sonra Qərbi Zəngəzura istiqamətlənəcək və bu məqsədlə Ermənistanın müdafiəsini gücləndirmək lazımdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, Fransa siyasətçiləri kimi düşünənlər başqa ölkələrdə də var:

"İstisna deyil ki, Fransa Ermənistana hücum silahları da satacaq. Biz Türkiyə və İsraildən lazımı silahlar alırıq, eyni zamanda İtaliyadan da müasir hərbi texnikanın alışı ilə bağlı danışıqları intensivləşdirməliyik. Bu Fransanın xoşuna gəlməyəcək, ancaq Parisin Ermənistana hərbi texnika satmaq qərarı digər Avropa İttifaqı dövlətlərini Azərbaycan silah və hərbi texnika satmasını asanlaşdıracaq".

Anar Əliyev
Xəbəri paylaş