Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili Misir mətbuatında Prezidentin Xankəndi zəfərindən yazdı

Millət vəkili Misir mətbuatında Prezidentin Xankəndi zəfərindən yazdı


Milli Məclisin deputatı Jalə Əhmədova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndinə səfəri, orada Azərbaycan bayrağını ucaltması, bununla da ərazi bütövlüyümüzün tam bərpa edilməsi ilə bağlı Misirin nüfuzlu See.news saytında geniş məqaləsi dərc edilib.

"Üçrəngli Dövlət Bayrağımızın Xankəndində dalğalanması tarixi hadisədir” başlıqlı məqalədə millət vəkili yazır ki, oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin üçrəngli Dövlət bayrağını Qarabağ bölgəmizin paytaxtı Xankəndində qaldırdı və onun çıxışı dünya mediasının diqqət mərkəzində oldu. Dövlətimizin başçısı üçrəngli bayrağımızı Xankəndində, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda dalğalandırmaqla xalqımızın illərlə ürəyində olan arzularını həyata keçirdi.

Jalə Əhmədova daha sonra qeyd edir:

"Həmin gün Prezident İlham Əliyev Xankəndində Azərbaycan xalqına müraciətində demişdi ki, bu gün tarixi bir gündür. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifələrini yerinə yetirməyə başlayan dövlət başçısı o vaxt işğal olunmuş bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə Azərbaycan bayrağının dalğalanmasını qarşısına bir nömrəli vəzifə kimi qoymuşdu. Cənab Prezident bu tarixi vəzifəni uğurla yerinə yetirdi. Son iyirmi ildə Azərbaycan daha da güclənib, dünya miqyasında layiqli yerini tutub. Ötən illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün güclü siyasi-hüquqi baza yaradılmışdır".

Qeyd edək ki, sözügedən məqalə ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://see.news/deputy-of-parliament-of-azerbaijan-the-raising-of-our-tricolor-state-flag-in-khankendi-is-historical-event

R.Mehdiyeva
Xəbəri paylaş